Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq

23.09.2025 [16:44]

Xəbərin mətni

Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq. Səhiyyənin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük irəliləyişə nail olunub. Bu sözləri səhiyyə naziri Teymur Musayev 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycanın qlobal tibbi mükəmməlliyi” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.