Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: COP29-un nəticələrini həm öz bölgəmizdə, həm bölgədən kənarda müşahidə etmək olar

29.09.2025 [13:29]

Xəbərin mətni

Ötən il Bakıda çox uğurlu COP29 tədbiri keçirilib. Onun nəticələrini artıq həm öz bölgəmizdə, həm bölgədən kənarda müşahidə etmək olar. Nəticələrin praktiki fəaliyyətə keçirilməsi ilə bağlı bu cür həftələr önəm kəsb edir. Bu tədbirin BMT-nin yüksəksəviyyəli həftəsindən sonra keçirilməsi əhəmiyyətli hadisədir. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.