“Qardaşlarımı tək qoya bilməzdim...” - qazi Famil Nəsirovun qəhrəmanlıq yolu
02.10.2025 [16:53]
Xəbərin mətni
44 günlük Vətən müharibəsi başlayanda peşəsindən, ixtisasından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs dəmir yumruq tək birləşmişdi. Ölkəmizin hər guşəsindən minlərlə igid Vətənin müdafiəsinə qalxmışdı. Həmin oğullardan biri də Göyçayın Hacalıkənd sakini Famil Nəsirov idi.