Düşmənin müdafiə xəttini yaran tankçı Amid Heydərovun xatirəsi anılıb
03.10.2025 [16:50]
Xəbərin mətni
Müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində son nəfəsinədək döyüşən igidlərdən biri də mayor Amid Heydərov olub. Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun anım günüdür. Doğulduğu Lerik rayonunda şəhid Amid Heydərovun anım günü ilə bağlı tədbir keçirilib. Anım mərasimində 32 yaşında hərbi hissə komandiri olan qəhrəmanın şərəfli ömür və döyüş yolundan danışılıb.