Azərbaycan Dövlət İnformasiya Agentliyi

On iki gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalan xaçmazlı topoqraf

04.10.2025 [19:10]

Xəbərin mətni

Baş gizir Mahir Məmmədov Vətən müharibəsində Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.