Afaq İbrahimova: “Azərpoçt” media ilə əməkdaşlığını genişləndirir
06.10.2025 [22:26]
Xəbərin mətni
“2021-ci ildən etibarən “Azərpoçt” yenilənmə dövrünə qədəm qoyub, mövcud bizneslərini genişləndirir və yeni xidmət sahələrini vətəndaşların istifadəsinə verir”. Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova oktyabrın 6-da Nizami Kino Mərkəzində “Azərpoçt” MMC və Azərbaycan Televiziyası (AzTV) tərəfindən birgə hazırlanan “Səssiz ünsiyyət” bədii-sənədli filminin təqdimatı zamanı deyib.