Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin xüsusi nümayəndəsi: Laçında aparılan quruculuq işlərinin birinci mərhələsi uğurla başa çatıb

14.10.2025 [12:43]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda azad edilmiş ərazilərin bərpası və inkişafı uğurla davam edir. Bu bərpa prosesində Laçın rayonunun xüsusi yeri var. Laçın rayonu azad olunduqdan sonra, son 3 ildə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bərpanın birinci mərhələsi uğurla başa çatıb, 3 kənd yenidən inşa edilərək istifadəyə verilib. Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.