Bu şəxslərin kommunal xərclərinin bir hissəsini dövlət ödəyəcək
16.10.2025 [18:38]
Xəbərin mətni
İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan güzəştlərin əhatə dairəsi genişləndirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək. Həmin şəxslərin kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi dövlət tərəfindən qarşılanacaq.