BDYPİ piyadalara növbəti dəfə müraciət edib
20.10.2025 [12:44]
Xəbərin mətni
Cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1, Bakı şəhəri üzrə isə 59,6 faizini təşkil edib. Bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyinin az rol oynamadığı danılmaz faktdır.