Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq yazıçısı Anar: Qarabağ əvvəlkindən də gözəl olacaq

20.10.2025 [16:12]

Xəbərin mətni

İşğaldan azad edilmiş torpaqlara qayıdış ölkəmizin hər bir vətənpərvər insanında böyük sevinc və qürur hissi doğurur. Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar işğaldan azad edilmiş ərazilərdə evlərin bərpası və keçmiş məcburi köçkünlərin həmin yerlərə qayıdışı prosesini Vətən müharibəsindən sonra həyata keçirilən ən mühüm və böyük işlərdən biri olaraq qiymətləndirib.