Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Minaşirin” narı dünya bazarına göndərilir - Saatlıda innovativ bağçılıq

21.10.2025 [16:36]

Xəbərin mətni

Saatlı rayonu ərazisindəki aqroparkda innovativ texnologiya ilə becərilən nar bağında bol məhsul yetişib. Ölçüsünə və çəkisinə görə çeşidlənən narlar daxili bazarla yanaşı, həm də xaricə satılır. Bu il nar bağlarından 3-4 min ton məhsul gözlənilir. Artıq 2000 tona yaxın məhsul yığılıb və onun 200 tonu xaricə göndərilib.