Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazi ananın şəhid oğlu

22.10.2025 [15:51]

Xəbərin mətni

Xocalı hadisələrindən sonra məndə düşmənə qarşı daha böyük nifrət yarandı və 1992-ci ildə döyüşlərdə iştirak etmək üçün könüllü yazıldım. Bir çox hücum bölmələrində olmuşam. Qəlpə yarası almışam. Hazırda da bədənimdə qəlpələr var. Düşünürəm ki, oğlum şəhid Rəşad Ələkbərovun vətənpərvər yetişməsində bu yaşadıqlarımın da böyük rolu olub. Bunu şəhid Rəşad Ələkbərovun anası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nailə Ələkbərova deyib.