Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Azərbaycanda 271 nəqliyyat vasitəsində yanğın baş verib

22.10.2025 [16:01]

Xəbərin mətni

2025-ci ilin ötən dövrü ərzində Azərbaycanda 271 nəqliyyat vasitəsində yanğın hadisəsi baş verib. Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev FHN-in təşəbbüsü, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə bildirib.