Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məleykə Abbaszadə: Prestij işi bacarmaqdadır

22.10.2025 [17:49]

Xəbərin mətni

Gənclər nüfuzlu ixtisas əldə etmək istəyirlər. Bu gün prestij faydalı olmaqda, problemləri həll etməkdə, işi bacarmaqdadır. Gənclər müasir çağırışları nəzərə alaraq özlərinə sual verməlidirlər. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.