Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baytarlar ət kəsim məntəqələrinə daimi nəzarət edir, heyvanlara günlük baxış keçirilir

22.10.2025 [18:51]

Xəbərin mətni

Gəncə-Daşkəsən regionunda ət kəsim məntəqələrinə baytar həkimlərin daimi nəzarəti təmin olunur, heyvanlara günlük baxış keçirilir. Mütəmadi olaraq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülür. Heyvanların kəsimi baytarlıq-sanitariya qaydalarına tam riayət edilməklə həyata keçirilir.