Anar Əliyev: Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır
24.10.2025 [11:44]
Xəbərin mətni
Süni intellekt təkcə texnoloji yenilik deyil, o, sosial məsələlərdə dəqiqlik, proqnozlaşdırma, fərdi yanaşma, operativ qərarvermə və ədalətli resurs bölgüsü üçün yeni imkanlar yaradır. Bunu DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.