Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazi mayor Elşad Heydərov: Hərbçilərimiz döyüşə sevinə-sevinə gedirdi

24.10.2025 [17:21]

Xəbərin mətni

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri xalqımıza Qələbə sevinci yaşatdılar. Torpaqlarımızın azadlığı uğrunda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində sağlamlığını itirən cəsur oğullarımızdan biri də Ağcabədi rayon Təzəkənd sakini mayor Elşad Heydərovdur.