Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa edib

31.10.2025 [12:24]

Xəbərin mətni

Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədi ilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.