Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM sürücülərə növbəti dəfə müraciət edib

03.11.2025 [12:51]

Xəbərin mətni

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizlikdir. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda, sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.