Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Eva-Maria Aux: Mir Cəlalın yaradıcılığının əsas məqamlarından biri də Azərbaycan ədəbiyyatında tamamilə yeni janrların formalaşmasında oynadığı roldur

28.11.2025 [15:58]

Xəbərin mətni

Bu gün burada olmağımıza görə çox şadıq. Mən bu tədbirdə göstərilən böyük marağa görə çox məmnunam, zal tamamilə dolmuşdu, atmosfer çox möhtəşəm idi, hamı maraqla qulaq asırdı. Çox xoşbəxtəm ki, biz Almaniyada Azərbaycan ədəbiyyatının və tarixinin araşdırılması istiqamətində yeni bir addım atırıq. Bu barədə alman tarixçi-professor Eva-Maria Aux Berlində görkəmli yazıçı Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş seçilmiş əsərlərindən ibarət kitabın təqdimat mərasimində media nümayəndələrinə müsahibəsində deyib.