“Şair ömrü” filminin quruluşçu rejissoru: Ekran əsərində süni intellekt texnologiyasından istifadə etmişik
29.11.2025 [19:15]
Xəbərin mətni
Görkəmli şair Tofiq Bayramın xatirəsinə həsr olunmuş “Şair ömrü” bədii-sənədli filminin çəkilişləri 2-3 ay müddətində davam edib. Ekran əsərinin əsas hissəsi şairlə bağlı xatirələrini bölüşən müsahiblərin fikirlərindən ibarətdir. Bunu AZƏRTAC-a açıqlamasında “Şair ömrü” filminin quruluşçu rejissoru Ruslan Hüseyn deyib.