Narınbek İsabekov: Türk dövlətlərinin xəritəsində Xəzər dənizindən Qırğızıstana qədər uzanan ərazini görmək olar
03.12.2025 [17:12]
Xəbərin mətni
Bu gün əlamətdar bir hadisə baş verəcək - türk dövlətlərinin ortaq xəritəsinin təqdimatı keçiriləcək. Əminəm ki, bu xəritə təkcə burada iştirak edənləri deyil, çoxunu maraqlandıracaq. Bu barədə Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinin direktoru Narınbek İsabekov jurnalistlərə açıqlamasında deyib.