Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anna Soave: WUF13 ilə bağlı təşkilati prosesin yüksək səviyyədə qurulması bizdə müsbət təəssürat yaradıb

05.12.2025 [16:18]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF) hər dəfə yeniliklərlə müşahidə olunur və prosesə dinamiklik gətirir. Çünki hər bir ölkə, hər bir ev sahibi foruma özünəməxsus yanaşma ilə yeni elementlər təqdim edir. Biz də forumun keçiriləcəyi dövlətlə sıx əməkdaşlıq edirik. 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bir sıra yeni bölmələr və konseptlərin həyata keçirilməsindən böyük məmnunluq duyuruq. Xüsusilə buna mayın 17-də keçiriləcək nazirlər görüşü, eləcə də forumun gedişində təşkil olunacaq digər tematik tədbirlər daxildir. Qeyd etmək istəyirəm ki, bu yeniliklər yaxın günlərdə rəsmi veb-saytımızda elan ediləcək və iştirakçılar onları daimi olaraq izləyə biləcəklər. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave deyib.