Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür

22.05.2026 [21:27]

Xəbərin mətni

BMT-nin 16-cı Dayanıqlı İnkişaf Məqsədi güclü institutların formalaşdırılmasına həsr olunub. ASAN modeli məhz bu məqsədə uyğun olaraq vətəndaşlara xidmət göstərən institutlar üçün “bir pəncərə” yanaşmasını təqdim edir. İnsanlara əsas hüquq və xidmətlərə çıxış imkanı yaradılır - şəxsiyyət vəsiqələrinin alınmasından tutmuş təqaüd və digər mühüm xidmətlərə qədər geniş imkanlar təqdim olunur. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Amina Mohammed söyləyib.