Mərakeşli dizayner: Fərqli mədəniyyətlərin nümayəndələri ilə yanaşı “Azerbaijan Fashion Week”də iştirak etmək xüsusi ilham verir
10.12.2025 [14:09]
Xəbərin mətni
“Azerbaijan Fashion Week”də iştirak etmək mənim üçün böyük şərəf və xoşbəxtlikdir. Yaradıcılığımı bu platformada təqdim etmək və müxtəlif mədəniyyətlərin nümayəndələri ilə bir arada olmaq mənə xüsusi ilham bəxş edir. Təqdim etdiyim “Bozdan yaşıla” adlı kolleksiya rənglərin dili ilə bir hekayə danışan layihədir. Bu barədə “Azerbaijan Fashion Week” çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində Mərakeş təmsilçisi, “WI Mode by Wafaa Idrissi” brendinin qurucusu və dizayneri Vafa İdrissi məlumat verib.