Məzunlar Assosiasiyasının sədri: Azərbaycan Memarlıq və İnşaat Universiteti minlərlə mütəxəssis yetişdirib
18.12.2025 [16:39]
Xəbərin mətni
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyasının sədri və eyni zamanda, bu universitetin bir məzunu kimi bugünkü tədbirdə çox böyük qürur hissi ilə iştirak etdim. Əlli illik yubiley böyük bir tarixdir. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyasının sədri, “PMD Projects”in direktoru, universitetin məzunu Nəriman Topçibaşev söyləyib.