Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

31.12.2025 [10:10]

Xəbərin mətni

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı vahid ideya ətrafında birləşdirən əlamətdar tarixdir. Bu gün təkcə təqvim hadisəsi deyil, coğrafi sərhədləri, məsafələri və zaman fərqlərini aşan milli-mənəvi birliyin rəmzidir.