Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: Çox şadıq ki, bayramı Xocalıda, öz evimizdə, süfrəmizin ətrafında qeyd edirik

31.12.2025 [20:25]

Xəbərin mətni

Azərbaycanın dövlət suverenliyi tam bərpa edildikdən sonra artıq üçüncü ildir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ölkəmizin hər bir bölgəsində qeyd olunur. Xüsusən 32 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkünlər həmrəylik gününü böyük sevinclə bayram edirlər.