Şahbuz rayonunun Biçənək kəndinə 43 santimetr qar yağıb
02.01.2026 [14:20]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində qar yağır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.