Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Şamaxıda evdə baş verən partlayışla bağlı açıqlama yayıb

02.01.2026 [21:14]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. FHN-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.