Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda quldurluq edən şəxs saxlanılıb

05.01.2026 [12:47]

Xəbərin mətni

Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 min 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2 min Amerika Birləşmiş Ştatları dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.