Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləcəri qəsəbəsində yol hərəkəti yenidən təşkil edildi

07.01.2026 [15:27]

Xəbərin mətni

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq bu ərazidə hərəkət işıqforla tənzimlənir. Nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə hissəsindən istifadə edərək paytaxt istiqamətində hərəkət edə bilirlər.