Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda və regionlarda nəqliyyat infrastrukturu təkmilləşdirilir

07.01.2026 [18:09]

Xəbərin mətni

Paytaxtda nəqliyyat yükünün azaldılması və alternativ hərəkət imkanlarının genişləndirilməsi məqsədilə mikromobilliyin inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Velosiped və skuter zolaqlarının salınması ictimai müzakirələrə səbəb olsa da, bu addım tıxacların azaldılması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm hesab olunur. Mikromobilliyin əlçatanlığının artırılması üçün şəhər üzrə konkret infrastruktur layihələrinin icrası davam etdirilir.