Türk şəhid Camal Paşanın son döyüşü: Pensərdən başlayan tarixi gerçək
08.01.2026 [16:08]
Xəbərin mətni
1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olan Yusif Camal bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və bölgədə törədilən silahlı təxribatların qarşısının alınması istiqamətində mühüm xidmətlər göstərib. O, bölgə əhalisinin müraciəti əsasında Lənkəran qəzasına gələrək, burada hərbi qərargah formalaşdırıb, yerli silahlı dəstələrlə birgə rus-erməni daşnak birləşmələrinə qarşı döyüşlər aparıb.