Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır
26.01.2026 [11:34]
Xəbərin mətni
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib. Növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş brifinqdə agentliyin sədr müavini Əziz Şərifov deyib.