İdarə Heyətinin sədri: Ötən il 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi həyata keçirilib
27.01.2026 [15:10]
Xəbərin mətni
Dövlət Məşğulluq Agentliyi sosial tərəfdaşlarla, işəgötürənlərlə aktiv əməkdaşlıq edir. 2026-cı ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik. Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.