Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

28.01.2026 [11:59]

Xəbərin mətni

Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.