Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı şəhər sakininə hədə-qorxu gələrək pul tələb edən şəxslər saxlanılıblar

04.02.2026 [16:09]

Xəbərin mətni

Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.