“E-sosial” portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb
05.02.2026 [12:35]
Xəbərin mətni
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Onlardan 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında məlumat verib.