Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək

10.02.2026 [15:42]

Xəbərin mətni

“Kinematoqrafiya haqqında” Qanun 1998-ci ildə qəbul edilib və hazırkı milli və beynəlxalq çağırışlar, eyni zamanda, bir sıra yeni parametrlərə görə müasir tələblərə cavab vermir. Bu baxımdan yeni qanun layihəsinin qəbul edilməsi bu sahədəki son illərdə müşahidə olunan yüksək dinamikanın qorunmasına, həmçinin beynəlxalq səviyyədə milli filmlərimizin təqdim olunmasına, ölkəmizdə xarici film istehsalının təşviq edilməsinə çox böyük təkan verəcək. Bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin fevralın 10-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.