Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anna Soave: WUF13 tərəfdaşlıq üçün mühüm platformadır

12.02.2026 [10:54]

Xəbərin mətni

WUF açıq və inklüziv platformadır. Burada hüquqi baxımdan məcburi qərarlar qəbul edilmir. Forum hökumətləri, yerli icmaları, QHT-ləri, akademik dairələri, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirir. Bu sözləri BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.