Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aygün Əliyeva: WUF13-lə bağlı qrant müsabiqələrinin nəticələri 2026-cı ilin birinci rübündə elan ediləcək

12.02.2026 [11:13]

Xəbərin mətni

Qrant müsabiqəsi və Agentliyin “bp Azərbaycan”la birgə təşəbbüsü çərçivəsində WUF13 üzrə xüsusi istiqamət müəyyən edilib. Bu sahə üzrə artıq 49 layihə qəbul olunub və nəticələr 2026-cı ilin birinci rübündə elan ediləcək. Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.