Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramından imtina edib

16.02.2026 [18:37]

Xəbərin mətni

Ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üzrə qalib seçilmiş namizədlərdən 33 nəfər müxtəlif səbəblərdən iştirakdan imtina edib. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.