Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiq Məmmədli: WUF13-lə bağlı informasiya vakuumunun yaranmasının qarşısını almalıyıq

23.02.2026 [16:48]

Xəbərin mətni

Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu əvəzsizdir. COP29 Azərbaycan üçün böyük sınaq idi. Ölkəmiz həmin sınaqdan çox böyük nailiyyətlər əldə edərək çıxdı. Azərbaycan mediası COP29 ərəfəsində elə bir zəngin təcrübə əldə etdi ki, buna istinad edərək bütün beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində mətbuatımızın mühüm rol oynayacağını əminliklə deyə bilərik. Bunun Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən media nümayəndələri üçün keçirilən ilk təlim sessiyasında səsləndirib.