Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anna Soave: WUF13 Azərbaycanın urbanizasiya və şəhər siyasətinin formalaşmasında strateji rolunu gücləndirə bilər

23.02.2026 [18:31]

Xəbərin mətni

Dünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsi ölkənin dayanıqlı şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən media nümayəndələri üçün keçirilən ilk təlim sessiyasında səsləndirib.