Gülşən Rzayeva: WUF13-ün ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfənin məntiqi nəticəsidir
27.02.2026 [10:56]
Xəbərin mətni
Azərbaycanda şəhərsalma sahəsində mühüm yeniliklərə start verilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə ciddi addımlar atılıb, çoxsaylı layihələr icra olunub və yeni təşəbbüslər həyata keçirilib. Bütün bunlar ölkəmizin strateji baxışının və dayanıqlı inkişaf prioritetlərinin təzahürüdür. Bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında WUF13-ün Milli Koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva deyib.