Agentlik rəsmisi: Turizm sənayemiz WUF13-ə tam hazırdır
27.02.2026 [17:16]
Xəbərin mətni
Turizm sənayemiz Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) keçirilməsinə tam hazırdır. Tədbirin turizm baxımından əsas fokusu Bakı və Abşeron olacaq. Məhz bu ərazilərdə yerləşdirmə imkanlarının təmin edilməsi məqsədilə 100-dən çox hotel ilə kommunikasiya qurulub ki, qonaqların qəbulu yüksək səviyyədə təşkil olunsun. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.