Xocavənd kəndində yeni həyatın ilk sədaları
27.02.2026 [17:21]
Xəbərin mətni
Xocavənd rayonunun Xocavənd kəndinin başı dumanlı dağları sanki bir az da dikəlib, torpağı isə illərin intizarından sonra doğma nəfəslə isinməyə başlayıb. Bu gün Xocavənd kəndində təkcə evlərin qapısı açılmır, həm də bütöv bir kəndin taleyi yenidən yazılır.