Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

03.03.2026 [20:03]

Xəbərin mətni

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair sənədimiz var. Biz həm Cənub Qaz Dəhlizi çərçivəsində, həm də yaşıl enerji formatında sıx əməkdaşlıq edirik. AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında deyib.