Gülyanaq Məmmədova: Özbək sənətçilərlə birlikdə “Leyli və Məcnun” tamaşasını səhnələşdirmək istəyirik
11.03.2026 [12:02]
Xəbərin mətni
Martın 17-də Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramlarımız, bir neçə universitetdə isə ustad dərsləri təşkil olunacaq. Azərbaycan musiqisi Özbəkistanda çox sevilir. Xüsusilə Azərbaycan kinofilmlərindən olan mahnılar onların dillər əzbəridir. Hətta rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Qaynana” bədii filminin tamaşası da Özbəkistanda səhnəyə qoyulub. Bunu Xalq artisti Gülyanaq Məmmədova söyləyib.